Keçmiş türkiyəli nazir vəfat etdi

kecmis-turkiyeli-nazir-vefat-etdi
Oxunma sayı: 1858

Türkiyənin sabiq nazirlərindən biri Fikrət Ünlü 76 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, o, uzun müddətdir prostat xərçəngindən əziyyət çəkirdi.

Qeyd olunur ki, fevralın 21-də Türkiyə Böyük Millət Məclisində (TBMM) vida mərasimi keçiriləcək. Ünlü fevralın 22-də dəfn olunacaq.

Bu məqamda bildirək ki, 1995, 1999 və 2002-ci illərdə millət vəkili seçilən F. Ünlü 56 və 57-ci hökumətlərdə idmana məsul nazir olub.