Keçmiş xanımını küçədə bıçaqlayan kişinin adı açıqlandı

kecmis-xanimini-kucede-bicaqlayan-kisinin-adi-aciqlandi
Oxunma sayı: 1471

Abşeronda keçmiş arvadının boğazını kəsən ərin kimliyi bilinib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xırdalan şəhərində bazarın yanında yerləşən məhəllədə Nahid Bayramov keçmiş arvadı Gülgəz Əliyeva ilə mübahisə edib. Bu zaman o cibindən bıçaq çıxararaq qadının boğazından zərbə vuraraq kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb.