Keçmiş xanımının ailəsi Gökhan Özeni məhkəməyə verdi

kecmis-xaniminin-ailesi-gokhan-ozeni-mehkemeye-verdi
Oxunma sayı: 1430

Türkiyənin sabiq dövlət naziri Mehmet Sevigenlə xanımı Gülay Sevigen eks-kürəkənləri, müğənni  Gökhan Özen barədə məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, cütlük sənətçi tərəfindən təhqir və təhdidlərə məruz qaldıqlarını bildirərək təhlükəsizliklərinin təmin olunmasını istəyib. 

Məhkəmə müğənninin 1 ay ərzində Sevigenlərə yaxınlaşmamasına qərar verib.

Qeyd edək ki, sənətçinin keçmiş xanımı Selen Sevigen 7 ay əvvəl İstanbul Ailə Məhkəməsinə müraciət edərək G. Özenin iki övladına aliment ödəmədiyini bildirmiş, valideynləri kimi təhdid və təhqirlərə məruz qaldığını iddia etmişdi.