Keçmişini bəyənməyib bütün fotolarını sildi

kecmisini-beyenmeyib-butun-fotolarini-sildi
Oxunma sayı: 1147

Türkiyənin məşhur pop ulduzu Edis Görgülü instaqramda bu günədək yerləşdirdiyi bütün şəkillərini silərək yeniləri ilə əvəzləyib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi 1 milyondan çox izləyicisi olduğu hesabında yeni imicinə aid çox az sayda foto paylaşıb.

Xeyli çəki atan və saçlarını qısaldaraq sarıya boyatdıran Edisin bu addımı maraqla qarşılanıb. İddiaya görə, müğənni yeni görüntüsünü çox bəyəndiyindən sevənlərinin onu bu formada xatırlamasını istəyib.

Qeyd edək ki, Edis 1 dekabrda böyük solo konsertə hazırlaşır. Onun eyni zamanda, İstabuldakı “Madame Tussauds” muzeyində heykəli qoyulacaq.