Kəlbəcər istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

kelbecer-istiqametinde-movqelerimiz-yene-atese-tutuldu
Oxunma sayı: 1944

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.