Kəlbəcərdə bal süzümü... - Fotolar

kelbecerde-bal-suzumu
Oxunma sayı: 5222

Kəlbəcər yaylaqlarında bal süzümü yekunlaşır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat paylaşıb.

O qeyd edib ki, hər pətəkdən 30 kiloqram bal götürməyi hədəfləyən arıçılar 45-50 kiloqram bal toplamağın sevincini yaşayırlar: 

“Zülfüqarlı kəndində yerləşən arıçılıq təsərrüfatının rəhbəri Vahid Məmmədovla arıların yaylaqlarda davranışını, iş qabiliyyətinin artmasını, yaylaq bitkilərinin nektar potensialını müzakirə etdik. Vahid müəllim deyir ki, Kəlbəcər balı polen tərkibinə görə əvəzsizdir. Bu balın markalaşdırılması, brendləşdirilməsi vacibdir. Buna nail olsaq, Kəlbəcər, Laçın balı xarici ölkələrə yüksək qiymətə ixrac etmək olar. Bundan həm dövlət, həm arıçı qazanar. 

Bir məsələdə də fikirlərimiz üst-üstə düşür. Gələn il arıları aprelin sonlarında yaylaqlara qaldıra bilsələr, 3-4 dəfə keyfiyyətli bal süzə biləcəklər. Kəlbəcər yaylaqlarının bitki və meşə örtüyü potensialı buna imkan verir”, -deyə Hüseynov qeyd edib.