Kəlbəcərdə öldürülən azərbaycanlı Qarabağda dəfn edildi

kelbecerde-oldurulen-azerbaycanli-qarabagda-defn-edildi
Oxunma sayı: 3578


Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, BQXK-nin Dağlıq Qarabağdakı ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi tanınmış adamın dəfn olunması barədə məlumatlandırılıb. BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.