Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev “AzərEnerji” tərəfindən Kəlbəcərdən Laçına çəkilən 110 kV-luq yüksəkgərginlikli elektrik xətti və Laçında tikilən “Qorçu” yarımstansiyasında görülən işlərlə tanış olub.
Bu barədə “Qafqazinfo”ya “AzərEnerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, 42 kilometr məsafədə ikidövrəli olmaqla, bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində ötürücü xətt çəkilib.
Son xəbərlər
Son Xəbərlər