“Kəlbəcərin qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi”

“Kəlbəcərin qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi”
Oxunma sayı: 1246

"Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qeyd edirik".

"Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında çıxışı zamanı səsləndirib.

İşğal dövründə müxtəlif variantların müzakirə olunduğunu, vasitəçilər tərəfindən müxtəlif variantlar təklif edildiyini xatırladan dövlət başçısı deyib:

“Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur. Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq”.

Prezident İlham Əliyev vurğulayıb ki, “Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”.