Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Bakı” klubunun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov deyib. İ. İsgəndərov matçın dünən keçirildiyindən “Bakı”nın futbolçuya hələki heç bir cəza vermədiyini deyib: “Oyun dünən olub deyə, hələ futbolçu ilə cəza barəsində heç bir qərar yoxdur. AFFA onsuz Ettoya ən ağır cəzanı verəcək. Yəqin ki, o, ən az 10 oyunluq cəza alacaq. Bundan başqa pul cəzası da olacaq. Daha bundan ağır cəza nə ola bilər ki?”
Xatırladaq ki, dünən keçirilən “Bakı”- “İnter” matçının 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos (Etto) hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.
İqbal
Son xəbərlər
Son Xəbərlər