Kəmaləddin Heydərov generalla polkovnikin yerini dəyişdi

kemaleddin-heyderov-generalla-polkovnikin-yerini-deyisdi
Oxunma sayı: 7455

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov kadr təyinatı ilə bağlı əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrail Əliyev vəzifədən azad edilərək FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

BRM-nin rəhbəri, polkovnik Hikmət Abbasov isə DYXN-ya rəis təyin olunub.

Məlumatı “Qafqazinfo”ya FHN-in mətbuat katibi Gülçin Mehdiyeva tədiqləyib.

Murad Əhməd