Kəmaləddin Heydərov görüş keçirdi

kemaleddin-heyderov-gorus-kecirdi
Oxunma sayı: 850


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat verib.

Belə ki, nazir iki dost ölkə arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə sıx əməkdaşlığın mövcud olduğunu deyib. O bildirib ki, Azərbaycan və Qırğızıstan fövqəladə hallar nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfələr verir.

Tayırbek Sarpaşev isə dost və qardaş Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu ifadə edib. O, deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində, habelə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi rəsmi Bişkek üçün böyük əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılib.