“Qafqazinfo” xəbər verir ki, K.Heydərov hər iki ölkə arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
V.Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.
Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar.
Gürcüstanın daxili işlər nazirinin müavini V.Qomelaurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Son xəbərlər
Son Xəbərlər