Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

kemaleddin-heyderov-kadr-deyisikliyi-etdi
Oxunma sayı: 8603


AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib. 

Xatırladaq ki, uzun illər “AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.

Kəmaləddin Heydərovun əmri ilə T. Müseyibova FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini postu həvalə edilib.