Kəmaləddin Heydərov Naxçıvanda vətəndaş qəbulu keçirdi - Fotolar

kemaleddin-heyderov-naxcivanda-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 2737

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 7 iyul 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında sakinlərin qəbulunu keçirib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazir tərəfindən qəbul edilən Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb.

Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.