Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Kəmaləddin Heydərov nazir Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən Kəmaləddin Heydərov, bu çərçivədə ölkələrimizin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.
Bosniya və Herseqovinanın təhlükəsizlik naziri iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fövqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fövqəladə hallarla mübarizə sahəsində Bosniya və Herseqovinada görülən işlər barədə ətraflı məlumat verib.
Yekunda “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.







Son xəbərlər
Son Xəbərlər