“Qafqazinfo” xəbər verir ki, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər qəbul olunub.
Fövqəladə hallar naziri tərəfindən 27 vətəndaşın müraciəti yerindəcə öz həllini tapıb.
Bundan başqa, kadr məsələləri ilə bağlı 197, digər məsələlərlə bağlı isə müraciət etmiş 133 vətəndaş nazir müavinləri, nazirliyin baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Son xəbərlər
Son Xəbərlər