Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

kemaleddin-heyderov-vetendaslari-qebul-edecek
Oxunma sayı: 1853

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, 8 iyul 2022-ci ildə Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Yevlax və Mingəçevir sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 7 iyul 2022-ci il tarixində Mərkəzin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14

e-mail: [email protected]