Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək

kemaleddin-heyderov-xizida-vetendaslari-qebul-edecek
Oxunma sayı: 842


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Vətəndaşların qeydiyyatı Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbin binasında (ünvan: Bəşir Səfəroğlu küçəsi, 1) 21 iyul 2014-cü il tarixində saat 09:00-dan başlayacaq. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.