Kəmaləddin Heydərov zəlzələ bölgəsində - Fotolar

kemaleddin-heyderov-zelzele-bolgesinde
Oxunma sayı: 5021

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.
 
Nazir yeraltı təkanlardan zərərçəkmiş digər ərazilərə də baxış keçirəcək.
 
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.
 
Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.