“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirib: “Məqsədimiz odur ki, ən qısa müddətdə, maksimum 10 dəqiqə ərzində xilasedicilər, yanğınsöndürənlər fəlakət zonasına yetişə bilsinlər. Bu, dövlətimizin proqramıdır. Prezident İlham Əliyevin nazirliyin qarşısında qoyduğu vəzifədir. Ümumiyyətlə, yaxın illərdə Azərbaycanın bütün yaşayış məntəqələrində baş verə biləcək yanğın və ya təbii fəlakətlərin nəticələrinin təcili surətdə aradan qaldırılması üçün xilasedicilərin, yanğınsöndürənlərin çox qısa zamanda, 10 dəqiqədən də az müddətdə fəlakət zonasına yetişməsi təmin olunacaq. Nazirlik olaraq, qarşıya belə bir məqsəd qoymuşuq və bu məqsədə doğru irəliləyirik”.
Son xəbərlər
Son Xəbərlər