Kəmər imtahanı oldu

kemer-imtahani-oldu
Oxunma sayı: 988


"Qafqazinfo"ya daxil olan məlumata görə, Fateh idman klubunun Nəsimi rayonu üzrə uşaq və yeniyetmələrdən ibarət Taekvondo komandasının kəmər imtahanı keçirilib. Klubunu baş məşqçisi Elməddin Vəliyev və komandanın müəllimi Amid Vəliyevin rəhbərliyi ilə keçirilən imtahanı uğurla başa vuran idmançılara sertifikat və kəmər vəsiqələri təqdim olunub.

Qeyd edək ki, idmançılar 3-4 aydan bir kəmər imtahanı verərək hər dəfə bir rəngdə kəmər və hər ara mərhələdə növbəti kəmər rəngdə xətt alırlar.

Kəmərlər sarı kəmər-yaşıl xətt, yaşıl kəmər-göy xətt, göy kəmər-qırmızı xətt, qırmızı kəmər-qara xətt və sonda qara kəmər - 1-ci dan üzrə dəyişir.