Kənan 100 min, Fahriyə isə 50 min qazanacaq - Serialın bir bölümündən

kenan-100-min-fahriye-ise-50-min-qazanacaq
Oxunma sayı: 3996

Məşhur türkiyəli aktyorlar Kənan İmirzalıoğlu ilə Fahriyə Evcənin çəkiləcəkləri yeni serialdan qazanacaqları qonorar bəlli olub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, K. İmirzalıoğlu “Ay Yapım”ın çəkəcəyi serialın bir bölümünə görə 100 min lirə (təxminən 50 min manat), F. Evcən isə 50 min lirə (təxminən 25 min manat) qazanacaq.

Hər iki məşhur 13 bölümün qonorarını nəğd alacaq.

Qeyd edək ki, Fahriyə Evcən sonuncu dəfə Kıvanc Tatlıtuğla “Kurt Seyit və Şura”da, Kənan İmirzalıoğlu isə Bergüzar Korellə “Karadayı” serialında çəkilib.