Kənan Berenə onunla xəyanət edib

kenan-berene-onunla-xeyanet-edib
Oxunma sayı: 3722

2014-cü ildə ailə həyatı quran aktrisa Beren Saat və müğənni Kənan Doğulu bir müddətdir ki, boşanma xəbərləri ilə Türkiyə gündəmini zəbt edib. 

“Qafqazinfo” xəbər verir ki, cütlüyün yaxınları, ailə üzvlərinin əksəriyyəti məlumatı təsdiq, digərləri isə təkzib edir. Beren və Kənan isə bu mövzuda açıqlama verməkdən boyun qaçırırlar. 

Bu gün iki məşhur sima haqqında yeni iddia ortaya atılıb. Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramının məlumatına əsasən, cütlük xəyanətə görə ayrılıb. 

Belə ki, Kənan xanımını gənc aktrisa Aslı İşlerlə aldadıb. Beren xəyanəti pərəstişkarlarının ona göndərdiyi mesajlar vasitəsi ilə öyrənib. Bununla da, onlar arasında gərgin anlar yaşanıb. 

Qeyd edək ki, A. İşler Murad Boz- Aslı Enver münasibətlərinin pozulmasında da adı hallanıb.