“Kənanı dinləyib öyrəndim” - Dilnoza - Video

kenani-dinleyib-oyrendim
Oxunma sayı: 9643

“Bayatı Şiraz” ifası ilə “O səs Özbəkistan” yarışmasına damğa vuran özbək müğənni Dilnoza Akbarova açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi “Real TV”yə müsahibəsində Azərbaycana olan sevgisini dilə gətirib:

“Diqqətinizə görə hamınıza təşəkkür edirəm. Azərbaycan xalqına, mədəniyyətinə, zəngin musiqi sənətinə böyük hörmətim var. “Bayatı Şiraz”ı oxumağıma səbəb Vətənə olan gözəl sevgi oldu, təbii ki. Düşünürəm ki, Vətəni tərənnüm edən mahnılar üçün dil, millət fərq etmir. “Bayatı Şiraz”ı hər dəfə dinləyəndə ürəyimdən, ruhumdan elə gözəl hisslər keçir ki... Bu səbəbdən “Avaz” yarışmasında oxumağa qərar verdim. Qardaşım Kənan Bayramlının ifasını dinləyib öyrəndim. Muğam çox gözəl qarşılandı. Bundan məmnunam”.