Müğənni Kənan Doğulunun anası Serpil Doğulu ilk dəfə oğlu ilə gəlininin münasibətindən danışıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, gəlini, aktrisa Beren Saatla münasibətləri yaxşı olmadığı deyilən Serpil Doğulu məşhur cütlüyün ayrılmadığını bildirib:
“Oğlumu heç vaxt yalnız buraxmaram. Berenlə Kənan ayrılmayıb. Hər şey yolundadır. Hamı işində-gücündədir”.
Qeyd edək ki, bir qədər əvvəl Kənanla Berenin ayrılıq xəbərləri yayılmışdı. Cütlük daha sonra ad günündə bir araya gəlmişdi.
Son xəbərlər
Son Xəbərlər