Türkiyənin məşhur müğənnisi Kənan Doğulunun həyatı film olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, ifaçının 30 illik səhnə həyatı ekranlaşdırılacaq. Layihənin yayda təqdim olunacağı açıqlanıb.
Qeyd edək ki, müğənni aktrisa Beren Saatla evlidir. Cütlük 2014-cü ildə ailə həyatı qurub. Onların ayrılmaları barədə zaman-zaman xəbərlər yayılsa da, heç biri təsdiqini tapmayıb.