“Kənd gəncləri” arasında futbol turniri keçiriləcək

kend-gencleri-arasinda-futbol-turniri-kecirilecek-
Oxunma sayı: 899


“Qafqazinfo”ya daxil olan məlumata görə, futbol yarışmasına "Təmiz kənd" layihəsi ilə əlaqəli olan Miras İctimai Birliyi, Ağsu-Ülgüc bələdiyyəsi, Çiyni bələdiyyəsi, Gəgəli bələdiyyəsinin futbol komandaları qatılacaq. Əvvəlcə püşkatma nəticəsində 4 komanda yarımfinal oyunlarında qarşılaşacaq. Qalib gələn komandalar finalda, uduzan komandalar 3-cü yer uğrunda oynayacaq. Hər dörd yer üçün xüsusi mükafatlar nəzərdə tutulub.

"Təmiz Kənd" I Mini Futbol turnirinin əsas məqsədi kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdir.

"Təmiz Kənd" I Mini Futbol turnirinə Ağsu rayonu İcra hakimiyyəti, Ağsu şəhər bələdiyyəsi, Gəgəli kənd bələdiyyəsi, Çiyni kənd bələdiyyəsi ilə yanaşı, Az-Granata Şirə və Şərab Emalı Müəssisəsi də dəstək verir.