Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

kend-teserrufati-mehsullari-ucuzlasib
Oxunma sayı: 1628

2018-ci ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,2 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ay ərzində balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.