Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrilə- - Fotolar

kend-teserrufati-nazirliyi-media-numayendelerile-
Oxunma sayı: 2434

Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələri üçün infotur təşkil edib. “Qafqazinfo” xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd jurnalistləri aqrar sektorun müxtəlif sahələri ilə praktik olaraq tanış etmək, media təmsilçilərinin fermerlərlə birbaşa əlaqə qurmasına şərait yaratmaqdır. Ölkədə kənd təsərrüfatının mövcud durumu, aparılan islahatlar, görüləcək işlər barədə media təmsilçilərini məlumatlandırmaq üçün xüsusi təlim proqramları keçirilməsi də nəzərdə tutulur.

İnfotur iştirakçıları layihə çərçivəsində Oğuz, Şəki, Qax, Gəncə, Göygöl və Ucarda fermer təsərrüfatlarına, emal müəssisələrinə baş çəkiblər. Jurnalistlər Oğuzda tütünçülük sahəsi ilə tanış olub, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində mövcud buğda sortları və onların xüsusiyyətləri haqqında təlim-təqdimatda iştirak edib, “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində yaş baramanın qəbulu, strateji məhsul sayılan ipək məhsulunun istehsal mərhələləri ilə praktik tanış olublar. Qax rayonunda isə Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov ölkədə arıçılığın inkişafına dair görülən işlər, bu sahədə mövcud problemlər barədə jurnalistləri məlumatlandırıb.

Media təmsilçiləri Qax rayonunda yerləşən və Cənubi Qafqazda nadir sayılan arıçılıq təsərrüfatı ilə tanış olmaq fürsəti əldə ediblər.

İnfotur layihəsinin ikinci günündə Azərbaycan Aqrar Universitetində jurnalistlərə “Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət və vəzifələri” mövzusunda təlimlər keçirilib.

Daha sonra infotur iştirakçıları Göygöl rayonunda fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Jurnalistlər infotur çərçivəsində Ucarda inşa olunan pambıq emalı zavodunun tikinti işləri ilə də tanış olublar.