Kənd Təsərrüfatı Nazirliyində görüş keçirilib

kend-teserrufati-nazirliyinde-gorus-kecirilib
Oxunma sayı: 1098


“Qafqazinfo” xəbər verir ki, görüşün əsas məqsədi Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycanda həyata keçirilən “İnvestisiya mühiti üzrə məsləhət xidmətləri II”layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının və Beynəlxalq Maliyyə Korporasiyasının 2015-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi ilə layihə çərçivəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olunub.

Görüşdə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında hazırlanmış “Bitki sortlarıının sınağı və qeydiyyatı səhəsində əməkdaşlıq”sazişi” müzakirə edilmişdir. Sazişdə əsas məqsəd fermerlərin həm ölkədə yaradılan, həm də idxal olunan bitki sortlarının toxumlarının əldə etmək imkanlarının artırılması və bununla əlaqədar Dövlət Sort Sınaq Komissiyasının təkmilləşdirilməsi vasitəsilə kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasından ibarətdir.

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya ölkələri üzrə aqrobiznes sahəsində əməliyyatlar üzrə baş məsul şəxs Heinz Strubenhoff səmimi qəbula görə öz minnətdarlığını bildirərək, qeyd olunan məsələlər üzrə qısa müddətdə təkliflər paketi hazırlanacağını və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.