Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirildi - Foto

kend-teserrufati-nazirliyinde-startapcilarla-gorus-kecirildi
Oxunma sayı: 1272

Kənd təsərrüfatı naziri İnam  Kərimov aqrar sahədə keçirilmiş müsabiqə və yarışmaların qalibi olan startapçılarla görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən nazir bildirib ki, görüşdə iştirak edən “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon” müsabiqəsinin iştirakçıları öz layihələri və yaratdıqları yeni məhsul və həllərin prototipləri barədə ətraflı məlumat veriblər. 

Tədbirdə fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması avadanlığı, ağıllı istixana idarəetmə sistemi, sitrus meyvələrinin emalı üçün biotexnoloji laboratoriya, balıq yetişdirmə və hidroponik əkinçiliyin sintezinə əsaslanan sistem barədə təqdimatlar keçirilib, məhsulların prototipləri əyani nümayiş olunub.

Startap layihələrinin müəllifləri bölgələrdə keçirilən innovasiya festivallarında iştirak etdiklərini bildirib, fermerlərlə birbaşa əlaqələrin qurulmasında göstərilən dəstəyə görə Aqrar İnnovasiya Mərkəzinə təşəkkür ediblər.