Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrıldı

kend-teserrufati-nazirliyine-2-milyon-manat-ayrildi
Oxunma sayı: 1214

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.