“Viktoriya Sekret”in modeli Kendall Jenner yeni sevgilisinin adı açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Jenner “Memphis Grizzlies”in basketbolçusu Chandler Parsons ilə eşq yaşayır.
Kendalldan fərqli olaraq NBA ulduzu münasibətlərini gizlətmir, sosial şəbəkədə sevgilisi ilə fotolarını paylaşır.
ABŞ mediası qeyd edir ki, məşhur cütlük bir müddət əvvəl tanış olub, daha sonra dostluq sevgiyə çevirilib.
Xatırladaq ki, Parsons “Memphis Grizzlies”dən ildə 22 milyon dollar pul qazanır.



Son xəbərlər
Son Xəbərlər