Kənddə məscid yandı

kendde-mescid-yandi
Oxunma sayı: 1449

Ağdaş rayonunun Güvəkənd kəndində məsciddə yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 180 m2 olan birmərtəbəli kənd məscidinin yanar konstruksiyaları və içərisində olan əşyalar 130 m2 sahədə yanıb. 

Məscidin qalan hissəsi yanğından mühafizə olunub.