Kənddə mina tapıldı - Partladılaraq məhv edildi

kendde-mina-tapildi
Oxunma sayı: 787

Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində Qarqar çayından tank əleyhinə “TM-62M” minası tapılıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, mina sakinlər tərəfindən aşkarlanıb. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları cəlb olunub. Daşınması mümkün olmadığı üçün mina partladılaraq zərərsizləşdirilib.