Quba rayonunun Xınalıq kəndi dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib. Yerli sakinlərin dilində isə kəndin adı “Kətiş”-dir. Xınalıq kəndinin tarixi ərazisi, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamı ilə "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Bu kənddə təxmini olaraq 2000 nəfər yaşayır. Demək olar ki, bütün kənd əhalisi yerli əhalidir.
“Qafqazinfo” bizimyol.info-ya istinadən fotoqraf Gülnar Səlimovanın Xınalıqdan hazırladığı fotosessiyanı təqdim edir:
Son xəbərlər
Son Xəbərlər