“Kənddən dönən kimi Qorxmaz müəllimlə danışıb xahiş etdim...”

kendden-donen-kimi-qorxmaz-muellimle-danisib-xahis-etdim
Oxunma sayı: 1330


Q. Paşayeva bildirib ki, sabahdan kəndin ağır içməli su probleminin həlli ilə bağlı işlər başlayacaq: “Bir neçə gün öncə kənddə sizinlə görüşlərimdə əsasən içməli sudan çox əziyyət çəkdiyinizi və bir çox hallarda içməli suyu pulla xüsusu maşınlarla gətirdərək istifadə etdiyinizi,bəzilərinizin buna imkanı olmaması ilə bağlı söhbətlərinizdən çox narahat olmuşdum və sizin bu problemin həlli üçün millət vəkili kimi əlinizdən gələn dəstəyi əsirgəməyin xahişinizə cavab olaraq bildirmişdim ki, mütləq Azərsu rəhbərliyi ilə bu məssələni xüsusi müzakirə edəcək və sizin adınızdan və öz adımdan bu məsələnin qısa zamanda həllini xahiş edəcəyəm. Kənddən dönən kimi "Azərsu"ASC-nin rəhbəri Qorxmaz müəllimlə, baş direktoru Etibar müəllimlə danışaraq vəziyyəti söylədim və bu problemin qısa zamanda həllinə dəstək göstərilməsini xahiş etdim. Bir az əvvəl Etibar müəllimlə və rayon su idarəsi rəhbəri Arif müəllimlə təkrar danışdım və bildirdilər ki, sabahdan Düz Cırdaxanın içməli su probleminin həlli istiqamətində işlərə başlanılacaq və yaxın zamanlarda problem öz həllini tapacaq”.