“Kəndi heç kim tərk etməyib”- - Bələdiyyə sədri

kendi-hec-kim-terk-etmeyib-
Oxunma sayı: 1181


“Qafqazinfo”nun məlumatına görə, apa-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşı Qapanlı kəndindən xəbər verir ki, əhali yerindədir, kənd gündəlik, adi həyatını yaşayır.

Kənd camaatının sözlərinə görə, dünən gecə Rayon İcra Hakimiyyətinin başçısı kənddə olub, əhali ilə görüşüb. Bu gün isə ərazisinin müdafiəsinə məsul olan hərbi hissənin komandir müavini Zaur Rüstəmov kənd sakinləri ilə görüşüb.

Qapanlı kənd bələdiyyənin sədri Lətif Həmidov bildirib ki, son günlər Qapanlı istiqamətində gərginlik artsa da, heç kim kəndi tərk etməyib: “Düşmənin postlarımızı, kəndi, əhalini atəşə tutması halları son günlər artsa da, əsgərlərimiz cavab atəşi erməniləri susdurub. Kəndi heç kim tərk etməyib. Hətta toya hazırlaşırıq. Bu günlərdə kənddə iki toy olacaq”.