“Kəndlərin seçicilərinin aktivliyi əsas olacaq”

kendlerin-secicilerinin-aktivliyi-esas-olacaq
Oxunma sayı: 1697

“Ləğv olunan bələdiyyə nümayəndələri də seçkidə iştirak edə biləcəklər”​. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda bildirib.

“Bələdiyyələr bütün birləşən kəndlərdən namizəd irəli sürəcək. Burada artıq kəndlərin seçicilərinin aktivliyi əsas olacaq. Kvota müəyyənləşib ki, 10 min nəfər əhalisi olan bələdiyyədə ən azı 5 nəfər seçiləcək. Səsvermənin nəticəsi olaraq da bələdiyyə sədri müəyyən ediləcək”.

Nuranə Daxilqızı