Keniya prezidenti Uhuru Keniata İsrailə rəsmi səfəri zamanı qalmaqallı açıqlama verib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezident yerli keniyalılar qarşısında çıxışı zamanı keniyalıların oğurluq və digər cinayət hadisələrində qabiliyyətli olduqlarını bildirib.
“Keniya İsraildən 20 dəfə gözəl olub, lakin vətəndaşlara yaratdığımız hər şəraitə görə indi təəsüflənirik”, - U. Keniata qeyd edib.
Xatırladaq ki, Keniya prezidenti ölkədə korrupsiya və yerli təcavüzə qarşı mübarizə aparmamaqda təqsirləndirilib.
O, 2007-ci il seçkilərində məğlub olduqdan sonra Beynəlxalq Cinayət Məhkəməsinin prokurorları tərəfindən insanlığa qarşı cinayətdə təqsirləndirilib. O zaman 1200 keniyalı öldürülüb. 2014-cü ildə bu ittihamlar sübut çatışmazlığına onun üzərindən götürülüb.
Son xəbərlər
Son Xəbərlər