Keniyada 16 fərqli növ koronavirus aşkar edilib

Keniyada 16 fərqli növ koronavirus aşkar edilib
Oxunma sayı: 385

Keniya Tibbi Tədqiqat İnstitutunun mütəxəssisləri keçən ilin iyun-oktyabr ayları arasında ölkədə 16 növ koronavirus virusunun yayıldığını açıqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, Keniyanın “Nation” qəzetinin yayımladığı məqalədə bildirilib ki, müxtəlif növ koronavirusların dövriyyəsinə dair məlumatlar ən azı səkkiz mahalda 200-dən çox insandan alınan nümunələrin araşdırılması nəticəsində əldə edilib. Bununla yanaşı ölkədə cəmi 20 koronavirus mutasiyasının dövriyyəyə girə biləcəyi, bunlardan dördünün pandemiyanın başlanğıcında - keçən ilin martında aşkarlandığı qeyd olunur.

Alimlərin fikrincə, Keniyada təsbit edilmiş koronavirus variantları ölkədə İngiltərə və Cənubi Afrikada aşkarlanan növlərdən xeyli fərqlənir. Bununla birlikdə, bu günə qədər yalnız Keniyada qeydə alınan növün səhiyyə mütəxəssislərində narahatlıq doğurduğu bildirilib.