Keniyada iki futbolçunu ildırım vurub öldürdü

keniyada-iki-futbolcunu-ildirim-vurub-oldurdu
Oxunma sayı: 2007

Keniyada futbol matçı zamanı iki futbolçu ildırım vurması nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Citizen Digital” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərb hissəsindəki Kissi bölgəsində həftəsonu futbol matçı zamanı yaşanıb.

“Manyansi” -“Gianchore”  futbol klublarının qarşılaşması zamanı baş verən insidentdə hər komandadan bir futbolçu həyatını itirib.

Xəsarət alan iki futbolçu da xəstəxanaya yerləşdirilib.