ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, siyasi xadim kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.
Bu barədə “Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir.
“Bəli, bu haqda düşünürəm”, - telekanal Nyu-Hempşir ştatında tədbirdə çıxış edən 69 yaşlı Kennedinin sözlərini sitat gətirib.
Kiçik R. Kennedi namizədliyini Demokratlar Partiyasından vermək niyyətindədir.
Qeyd edək ki, siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş amerikalı lider Con Kennedinin (1917-1963) qardaşı oğludur.
Son xəbərlər
Son Xəbərlər