“Kəpəz” – “Daçiya” oyununun hakimi bəllidir

kepez-daciya-oyununun-hakimi-bellidir
Oxunma sayı: 738

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, turnirdəki təmsilçilərimizdən “Kəpəz”in “Daçiya” ilə ilk görüşünü idarə edəcək hakim müəyyənləşib.

UEFA iyunun 28-də “Dalğa Arena”da keçiriləcək görüş üçün qazaxıstanlı Aleksander Qauzeri Bakıya göndərəcək. Ona Sergey Vassyutin və Alibek Aubakirov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniyar Sakhi yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi Leonid Kaloşin (Rusiya), hakim-inspektoru isə Aleh Çikun (Belarus) olacaq.