“Kəpəz” hotelinin qarşısında qətl

kepez-hotelinin-qarsisinda-qetl
Oxunma sayı: 5242

Gəncədə qətl törədilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

Odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur.

Qətl hadisəsi Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında törədilib. Sözügedən ərazidə yerə avtomobil şüşəsinin qırıqları tökülüb. Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi yerdə araşdırmalar aparırlar.