Bu gün Topaz Premyer Liqasında 22-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Öncə “Kəpəz” doğma meydanda “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Lider “Qarabağ” isə evdə debütant “Səbail”i sınağa çəkəcək.
Topaz Premyer Liqası
22-ci tur
7 aprel
“Kəpəz” - “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, İsgəndər Əliyev, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 15:00.
“Qarabağ” - “Səbail”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov.
Bakı. “Azersun Arena”, 17:30.
Turun digər oyunları sabah keçiriləcək: “Zirə” – “Qəbələ”, “Neftçi” – “Sumqayıt”.
Son xəbərlər
Son Xəbərlər