Bakının “İnter” klubu ilə Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən oyundan sonra istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib.
“Qafqazinfo”nun klubun saytına istinadən xəbərinə görə, iki gün dincələn futbolçular “Sumqayıt” ilə həftəsonu keçiriləcək təqvim oyununun hazırlıqlarına bu gün başlayıblar.
“Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Sabahdan başlayaraq isə komanda fevralın 25-nə kimi “Dalğa Arena”da məşq edəcək.
Fevralın 26-da Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.
Son xəbərlər
Son Xəbərlər