“Kəpəz” üç günlük bayram istirahətindən sonra Bakıda məşqləri bərpa edib.
“Qafqazinfo”nun klubun saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi Topaz Premyer Liqasının XVII turunda qarşılacağı “Zirə” ilə ev oyununa hazırlaşır.
“Neftçi”yə qarşı oyunda zədələnən kapitan Tural Axundovun vəziyyəti yaxşıdır və o, artıq məşqlərdə iştirak edir.
“Sarı-göylər” martın 29-da paytaxtı tərk edərək Gəncəyə qayıdacaq. Komandanın oyun öncəsi son məşqi görüşün keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər