“Kəpəz” rəsmən 1-ci divizonda

kepez-resmen-1-ci-divizonda
Oxunma sayı: 1481

“Kəpəz”in I Diviziona düşməsi rəsmiləşib. “Qafqazinfo” xəbər verir ki, bu, Yunis Hüseynovun komandasının "Qəbələ"yə səfərdə 0:3 hesabıyla uduzduğu XXV turda reallaşıb.

“Keşlə”ylə “Səbail” bu turda qalib gəlməklə son pillədə olan Gəncə klubundan daha da aralanıblar. Turnir cədvəlində 7-ci pillədə olan Samir Əliyevin komandası "Kəpəz"i artıq 10 xal qabaqlayır. Bu fərqi isə son 3 turda aradan qaldırmaq mümkün olmayacağından, gəncəlilərin Topaz Premyer Liqasında (TPL) mübarizəni hələ mövsümün ilk yarısından olduğu sonuncu - 8-ci pillədə başa vuracağı artıq dəqiqləşib.
 
Növbəti mövsümdə TPL-də 10 komandanın çıxış edəcəyi gözlənildiyi üçün “Kəpəz”in aşağı dəstəyə yuvarlanacağı gözlənilən deyil. Halbuki, 8 komandalı çempionatda son pillənin sahibi I Diviziona enməlidir.
 
Qeyd edək ki, "Kəpəz" vaxtilə aşağı dəstədə çıxış edərək, 2015-ci ildə Premyer Liqaya qayıdıb.